„Cybercrime Consulting” MMC kibercinayətkarlıq sahəsində konsaltinq şirkəti olaraq internet və informasiya texnologiyaları ilə əlaqədar hüquq pozuntuları ilə bağlı hüquqi və fiziki şəxslərə, dövlət qurumlarına peşəkar, yüksək səviyyədə hüquqi və texniki-təşkilati xidmətlərin göstərilməsi məqsədilə yaradılmış, bu sahədə ixtisaslaşmış ilk hüquq xidmətidir. 2023-cü ildə qeydiyyatdan keçən şirkət müştərilərinə yeni növ, yüksək ixtisaslaşma tələb edən kompleks xidmətlər təklif edir.
„Cybercrime Consulting” MMC yüksək ixtisaslı kadrları və partnyorları vasitəsilə həm ölkə daxilində həm də xarici ölkələrdə kibercinayətkarlıq, informasiya texnologiyaları sahəsində müştərilərinə xidmət edir. Şirkət hüquq pozuntusunun törədildiyi andan son məhkəmə instansiyasına qədər sizin xidmətinizdədir.
Cəmiyyətdə baş verən və müasir dövrün diqtə etdiyi yüksək sürətli rəqəmsallaşma, online əməliyyatların çoxalması, idarəçilkdə, gündəlik həyatda informasiya texnologiyalarından asılılığın artması dövlət qurumları, fiziki və hüquqi şəxslər üçün yeni şərait, yeni çətinliklər deməkdir. Çünki rəqəmsal cəmiyyətdə dövlət və özəl qurumların, fiziki şəxslərin ən çox məruz qaldığı illeqal hadisə kibercinayətkarlıqdır.
Kibercinayətkarlıq bütün internet istifadəçilərinin məruz qaldığı ən geniş yayılmış cinayətdir. Bütün internet istifadəçiləri - xaotik bir kiber məkanın sakinləri - hər gün kibercinayətlərə məruz qalır, yaxud o risqlərin içində yaşamağa məcburu olurlar. Belə bir şəraitdə yaşamaq üçün isə ən vacib şərt internet, informasiya texnologiyaları, sosial şəbəkələr, şəxsi məlumatlarla davranış qaydaları barədə məlumatlı olmaq, bu sahədəki qanunvericiliyin tələblərinə riayət etmək, kibercinayət hallarında necə davranmalı, necə qərar verməli olduğumuzu bilməkdir. "Cybercirme Consulting" MMC də məhz bu şəraitin yaratdığı ehtiyacdan doğaraq yaradılmış kibercinayətkarlıq sahəsində ölkədə ilk ixtisaslaşmış hüquq konsaltinq şirkətidir.
Şirkətin təsisçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Kollegiya yanında Kibercinayətkarlıq və Kibertəhlükəsizlik Komitəsinin sədri Asif Mustafayevdir. Uzun illərdir kibercinayətkarlıq və kibertəhlükəsizliyin araşdırması və tədrisi ilə məşğul olan Mustafayev kibercinayətkarlıq sahəsində ölkədə az saylı ekspertdən sayılır. O, Almaniyanın Köln Universitetinin Hüquq fakültəsində kibercinayətkarlıq sahəsində magistratura və doktorantura təhsili almış, kibercinayətkarlıq sahəsində dünyanın seçilən ekspertlərinin elmi rəhbərliyi altında elmi tədqiqatlar aparmışdır.
Şəxsi məlumatların „yeni qızıl“ sayıldığı müasir dövrdə bu məlumatlar sahiblərindən yaxud həmin məlumatları saxlayan, onunla işləyən dövlət və özəl qurumlarından qanunsuz ələ keçirirlir, hədə-qorxu, şantaj və digər illeqal fəaliyyətlərdə istifadə olunur. "Cybercirme Consulting" MMC-nin əsas məqsədi özəl və dövlət sektoruna, fiziki şəxslərə kibercinayətkarlıq, informasiya texnologiyaları sahəsində yüksək ixtisaslaşma tələb edən strateji, hüquqi, təşkilati məsələləri ilə bağlı ən müasir tədqiqat və məsləhət xidmətləri göstərməkdir.