Kibercinayətlərdə şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hüquqi müdafiəsi
Şəxsi və ailə həyatı məlumatları, müəlliflik hüquqlarınızı birlikdə qoruyaq!
Dövlət qurumları, korporativ təşkilarlar - fəaliyyətinizi minimum kiber risklərlə təkmilləşdirin!
Xarici ölkələrdə hüquqlarınızın müdafiəsini bizə əmanət edin! Texniki xidmətlərimizdən də faydalanın!

Xidmətlərimiz fiziki şəxsləri, həmçinin dövlət və özəl qurumlar da daxil olmaqla geniş bir xidmət sektorunu əhatə edir.

Cinayət işlərində hüquqi müdafiə

Kibercinayətlərdə şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hüquqi müdafiəsi

Kibercinayətkarlıqla bağlı cinayət işləri bu əməllərin informasiya texnologiyaları ilə bağlı olması, daim dəyişən və yeniləşən xarakterinə görə xüsusi ixtisaslaşma tələb edir. Belə ki, törədilməsi ehtimal edilən kibercinayətkarlıq əməli mövcud yerli və beynəlxalq qanunvericiliyə uyğun olaraq yüksək peşəkarlıqla yoxlanılmalı, bütün xırda detallar üzə çıxarılmalıdır. 

Bəzi hallarda əməl cinayət hadisəsi kimi görünə bilər, lakin xırda bir detalın üzə çıxarılması ilə əslində əməldə cinayət tərkibinin olmadığı anlaşıla bilər və ya əksinə.  Yəni işə qeyri-ixtisasi yanaşma,  xırda bir detala diqqətsizlik, sizin məhkum olmağınızla nəticələnə bilər. Kibercinayətkarlıq konsaltinq şirkəti olaraq bu cinayətləri törədilməsində şübhəli yaxud təqsirləndirilən şəxsləri prosesin istənilən mərhələsində, ilkin araşdırma, istintaq və məhkəmə instansiyalarında (beynəlxalq məhkəmə instansiyaları daxil) hüquqlarını qorumağa hazırıq.

Kibercinayətkarlığın ən təhlükəli tərəfi bu cinayətlərin əksər hallarda gizli, fərqinə varılmadan törədilməsidir. Bəzən bu əməllər sıradan bir məişət hadisəsi kimi görünə bilər, lakin zərərsiz görünən bu hallar çox ağır nəticələrə səbəb olur. Digər tərəfdən bu əməllər əksər hallarda anonim törədilir, ilk baxışdan cinayətin üstünün açılması qeyri-mümkün görünür. Sadalanan səbəblərdən kibercinayətlərə məruz qalmış şəxslər şikayət etməkdən yayınırlar ki, bu da öz növbəsində cinayətkarları daha da arxayınlaşdırır və nəticə olaraq cinayətkar öz illeqal fəaliyyətinə davam edir. Daha bir problem bu əməllər zamanı şikayətlərin düzgün tərtib edilməməsi, doğru əsaslandırılmaması və doğru ünvanlanmamasıdır. Şirkət olaraq bu əməllərə məruz qaldığınız təqdirdə sizə professional hüquqi xidmət göstərir, əsaslandırılmış şikayətlərin hazırlanması, ünvanlanması, müxtəlif instansiyalarda təmsil edilməsi və hüquqlarınızın qorunmasında sizə yaxından dəstək oluruq. Unutmaq olmaz ki, hər hansı kibercinayət hadisəsi üzrə hüquqi tədbir görülməsi ilk növbədə sizin şikayətinizin professional tərtibindən asılıdır.

Şəxsi məlumat və müəlliflik hüquqları

Şəxsi və ailə həyatı məlumatları, müəlliflik hüquqlarınızı birlikdə qoruyaq, onların pozulmasına qarşı birlikdə hərəkət edək.

Kibercinayətkarlıqla bağlı cinayət işləri bu əməllərin informasiya texnologiyaları ilə bağlı olması, daim dəyişən və yeniləşən xarakterinə görə xüsusi ixtisaslaşma tələb edir. Belə ki, törədilməsi ehtimal edilən kibercinayətkarlıq əməli mövcud yerli və beynəlxalq qanunvericiliyə uyğun olaraq yüksək peşəkarlıqla yoxlanılmalı, bütün xırda detallar üzə çıxarılmalıdır. 

Bəzi hallarda əməl cinayət hadisəsi kimi görünə bilər, lakin xırda bir detalın üzə çıxarılması ilə əslində əməldə cinayət tərkibinin olmadığı anlaşıla bilər və ya əksinə.  Yəni işə qeyri-ixtisasi yanaşma,  xırda bir detala diqqətsizlik, sizin məhkum olmağınızla nəticələnə bilər. Czbercrime Consulting şirkəti olaraq bu cinayətləri törədilməsində şübhəli yaxud təqsirləndirilən şəxsləri prosesin istənilən mərhələsində, ilkin araşdırma, istintaq və məhkəmə instansiyalarında (beynəlxalq məhkəmə instansiyaları daxil) hüquqlarını qorumağa hazırıq.

Kibercinayətkarlığın ən təhlükəli tərəfi bu cinayətlərin əksər hallarda gizli, fərqinə varılmadan törədilməsidir. Bəzən bu əməllər sıradan bir məişət hadisəsi kimi görünə bilər, lakin zərərsiz görünən bu hallar çox ağır nəticələrə səbəb olur. Digər tərəfdən bu əməllər əksər hallarda anonim törədilir, ilk baxışdan cinayətin üstünün açılması qeyri-mümkün görünür. Sadalanan səbəblərdən kibercinayətlərə məruz qalmış şəxslər şikayət etməkdən yayınırlar ki, bu da öz növbəsində cinayətkarları daha da arxayınlaşdırır və nəticə olaraq cinayətkar öz illeqal fəaliyyətinə davam edir. Daha bir problem bu əməllər zamanı şikayətlərin düzgün tərtib edilməməsi, doğru əsaslandırılmaması və doğru ünvanlanmamasıdır. Şirkət olaraq bu əməllərə məruz qaldığınız təqdirdə sizə professional hüquqi xidmət göstərir, əsaslandırılmış şikayətlərin hazırlanması, ünvanlanması, müxtəlif instansiyalarda təmsil edilməsi və hüquqlarınızın qorunmasında sizə yaxından dəstək oluruq. Unutmaq olmaz ki, hər hansı kibercinayət hadisəsi üzrə hüquqi tədbir görülməsi ilk növbədə sizin şikayətinizin professional tərtibindən asılıdır.

Dövlət və özəl qurumlar üçün

Fəaliyyətinizi minimum kiber risklərlə təkmilləşdirin!

Dövlət və özəl sektor subyektləri öz fəaliyyətlərini kibercinayətkarlıq və kibiertəhlükəsizlik, fərdi məlumatların mühafizəsi, informasiya texnologiyaları sahəsində mövcud qayda və normalara uyğun olmasını təmin etməlidirlər. Belə ki, informasiya texnologiyalarının dinamik inkişafı, rəqəmsallaşmanın sosial həyatda və idarəçilikdə geniş tətbiqi mütəmadi yeni şəraitlər üzə çıxarır ki, bu da qanunvericilik aktlarının, öhdəliklərin sürətlə dəyişməsi deməkdir.

Qabaqcıl ölkələrin təcrübəsi göstərir ki, dövlət və özəl qurumlar öz fəaliyyətlərində kibercinayətkarlıq və kibertəhlükəsizlik üzrə ekspertlərin dəstəyindən tez-tez istifadə edirlər.

Dövlət və özəl sektor subyektlərinə aşağıdakı xidmətləri təklif edirik:

1. Dövlət və özəl qurumların öz fəaliyyətlərinin, normativ sənədlərinin kibercinayətkarlıq sahəsində yerli və beynəlxalq qanunvericilik və beynəlxalq təcrübəyə uyğunlaşdırılması, bu barədə rəylərin hazırlanması,

2. Bu qurumları yarana biləcək risqlərdən qorunmasında, kiberhücumları və ya kibercinayətləri araşdırmaqda dəstək, kiber hücumların xarakteri və nəticələri haqqında hüquqi məlumatın verilməsi, rəylərin hazırlanması,

3.  Bağlanılan müqavilələrin kibercinayətkarlıq, fərdi məlumat və digər texnoloji aspektlərdən təhlili və ekspertizası,

4. Kibertəhlükəsizlik təhdidləri ilə bağlı qərarların qəbul edilməsi, davranış istiqamətlərinin müəyyən edilməsində dəstək, kibertəhlükəsizlik siyasətlərinin və strategiyalarının işlənib hazırlanması, insident hallarında reaksiya planlarının hazırlanması,

5.  Kibertəhlükəsizlik siyasətlərini və təcrübələrini araşdıraraq kibertəhlükəsizliklə bağlı qanuni tələblərə uyğunluğunu təmin etmək

6. Kiber məkandakı hüquqpozmalarda təqsirkarların müəyyənləşdirilməsi və tədbir görülməsinin təmin edilməsi, kibercinayətlər zamanı vurulmuş zərərlərin qanuni olaraq qiymətləndirmə və lazım gəldikdə hüquqi tədbirlərin görülməsi

7. Şirkətlərə qarşı törədilmiş, yaxud onlar tərəfindən törədilməsi iddia edilən qanun pozuntularında onları təmsil etmə yaxud vəkillərini lazımi məlumat və sənədlərlə təmin etmək

8. Dövlət və özəl sektor əməkdaşları üçün kibercinayətkarlığa qarşı mübarizədə hüquqi maarifləndirmə və təlimlərin həyata keçirilməsi,

9. Hüquqi akt və normativ sənədlərinin kibercinaayətkarlıq baxımından hüquqi ekspetizası,

10. Kibercinayətkarlıq, şəxsi məlumatların mühafizəsi və informasiya texnologiyaları sahəsində digər hüquqi xidmətlər.

Hüquqi xidmətlərin növü müştərinin ehtiyaclarından və işlərin xarakterindən asılı olaraq dəyişə bilər. Şirkətimiz müştərilərinə kibercinayətkarlıqla mübarizədə həm texniki, həm də hüquqi cəhətdən effektiv yanaşma tətbiq etməyə kömək edir və mümkün hüquqi risklərin azaldılmasına töhfə verir. Təklif etdiyimiz xidmətlər bu qurumların fəaliyyəti üçün ona görə vacibdir ki, onlar da kibercinayətlər və kiber risqlər zamanı necə davranacaqlarını bilsin, öz fəaliyyətlərini bu sahədə qüvvədə olan qanunvericiliyə uyğun həyata keçirsin, şəxsi məlumatlar və digər məlumatlarla davranış zamanı kibertəhlükəsizlik qaydalarını pozma risqindən uzaq olsun, ən son təhlükələr və risklər barədə məlumatlı olsun, lazımi mühafizə edici tədbirlər görməkdə gecikməsin və ən əsası kibercinayətkarlıq və kibertəhlükəsizlik sahəsində maarifləndirilmiş və təlimatlandırılmış kadrlara sahib olsunlar.

Texniki xidmət və xaricdə təmsilçilik

Xarici ölkələrdə hüquqlarınızın müdafiəsini bizə əmanət edin, sizi layiqli təmsil edək. Texniki xidmətlərimizdən də faydalanın.

Bəzən internet üzərindən törədilmiş qanunsuz əməllər xarici ölkə ilə əlaqəli olur və belə hallarda məsuliyyət məsələsini birbaşa həmin ölkənin hüquq-mühafizə orqanları, yaxud məhkəmələri qarşısında qaldırmaq daha effektli, yaxud yeganə çıxış yoludur.

Biz bu sahə üzrə ixtisaslaşmış, beynəlxalq səviyyədə fəaliyyət göstərən, kibercinayət və informasiya texnologiyaları sahəsində beynəlxalq qanunvericiliyə bələd, xarici ölkələrdə bu tip işlərdə səriştəsi və təcrübəsi olan hüquqşünaslar olaraq fiziki və hüquqi şəxslərin adından xarici ölkələrdə şikayət verir, onları orada təmsil edir, onların adından lazımi hüquqi tədbirlər həyata keçirir və pozulmuş hüquqları bərpa etməkdə yaxından dəstək oluruq.

Fəaliyyətimiz təkcə hüquq xidmətlərilə məhdudlaşmır, Cybercrime Consulting MMC olaraq sizlərə həmçinin texniki sahədə də dəstək göstəririk. Belə ki, şirkətimiz informasiya texnologiyaları, kibertəhlükəsizlik sahəsində ən bacarıqlı partnyorlara sahibdir. Yəni Cybercrime Consulting MMC müştərilərinin kibercinayətkarlıq və kibertəhlükəsizlik ilə bağlı həm hüquqi həm də texniki ehtiyaclarından qaynaqlanan tələblərini yüksək professionallıqla yerinə yetirməyə qadir ilk ixtisaslaşmış şirkətdir.